Əbülfət MƏDƏTOĞLU: GÖRÜŞÜNƏ TƏLƏSDİKLƏRİM...

ƏBÜLFƏT MƏDƏTOĞLU
53773 | 2019-10-03 09:17

(Əvvəli burada)

Bəli, gecəyol getmək, özü də qaranlığın öz pərdəsini, öz yükünü adamın üstünə çökdürməsimənə o qədər də xoş gəlmir. Adətən "burda nə var ki, yatırsan, necə getməyindənxəbərin də olmur” deyənlər də var. Amma mən maşında, həm də xüsusi olaraq gecəsəfərlərində yata bilmirəm. Bunun səfəri təkcə sürücüyən etibar etməmək deyil,bu həm də bir daxili sıxıntı ilə bağlıdır. O sıxıntının adı mənə görə ətrafıgörməmək, ətrafdan nə isə almamaq, götürməməkdi. Çünki hərəkətdə olan maşınınimkanı ancaq öz yolunu işıqlandırmağa çatır. Yəni ətrafı seyr etmək imkanısıfıra enir. Bax, buna görə də gecə yol gedəndə nə iləsə məşğul olmağa üstünlükverirəm. Ya avtobusun əvvəldə də xatırlatdığım kimi, internetindən, ekranından istifadəedirəm, ya da özümlə götürdüyüm qəzet-jurnaldan...

Bax, beləcəqaranlığı yaran avtobus gecə saat 2-də daha bir məntəqədə dayanır. Yolçulara 15dəqiqə tənəffüs elan edilir. Şəxsən mənim üçün siqaret istəyimi təmin etməküçün göydən düşmə olur. Ona görə də çöldə havanın nisbətən soyuq olmasınabaxmayaraq, dərhal avtobusa minirəm. Az qala ayaqlarım yerə çatanda siqaretimiyandırıram. Səhhətimizə, sağlamlığımıza zərbə sayılsa da, siqaret adama xüsusiləzövq verir. Ətrafıma göz yetirirəm. Az qala avtobusun sərnişinlərininqadınlı-kişili 90 faizi siqaret yandırır. Tüstülər qarışıb bir-birinə. Heyrətlənirəm,azərbaycanlı qızların, xanımların bu "tüstülənməsi” ürəyimi ağrıdır. Görün, biznəyə meyl edib, nəyi öyrənirik. Bəlkə də onları yola salan doğmaları qızlarının,qadınlarının bu siqaret "sevdalarından” xəbərsizdilər. Yeri gəlmişkən, mənTürkiyə səfərlərimdə bu məmləkətin xanımlarının böyük əksəriyyətinin siqaret çəkdiyinimüşahidə etmişəm və bunu da bir irad kimi dostlarıma bildirmişəm. Təəssüf ki,orda da bunu Avropanın bəlası kimi qiymətləndiriblər. Nə isə...


Avtobusumuzhərəkətə başlayır. Necə deyərlər, yolçuluğa davam. Batumiyə yaxınlaşdığımızagörə, bu dəfə sərnişinlər deyəsən yatmaq fikrindən vaz keçiblər. Hamı bir-birilənəsə danışır, kimsə telefonla əlaqə saxlayır. Bir sözlə, avtobusda həyat əlamətiduyulur. Bax, bu durumun içərisində mən də şeirimi yazıram.


Gəl, albu lal gecədən

Qaranlıqdansən məni...

Sığındığınköşədən –

Biranlıqdan sən məni...


Al, buruhum susalan

Gözyaşıma bulanan...

Kipriklərimsulanan –

Şoranlıqdansən məni...


Ulduzsaydım – tək-tükdən

Asıldığımtək tükdən...

Yaşadığımtəklikdən –

Viranlqdansən məni!


Elə bilməgetmisən

Muradınayetmisən...

Özününküetmisən –

Yarandıqansən məni!

Qara dənizinGürcüstan ərazisindəki sahillərigörünür. Demək, Batuma yaxınlaşırıq. Şəxsən mən Batuma çatanda Türkiyə, xüsusiləTrabzon üçün daha çox darıxıram. Və istəyirəm ki, keçiddə dayanmadan birbaşaötüb gedəm. Nədənsə Gürcüstanla Türkiyə arasındakı Sarp deyilən yerdə, yəni bukeçid ərazisində özümü həmişə narahat hiss etmişəm. Burda yolçuların üstünəyüyürüb kömək təklif edəndən tutmuş müxtəlif alver malları təklif edənlərə qədər,eləcə də Türkiyəyə işləməyə gedən Gürcüstan vətəndaşlarının onlar üçün siqaret,alkoqol keçirməkdə yardım göstərilməsini dilə gətirən adamların davranışı mənəağrılıq gətirir. Bu adamlar demək olar ki, hər gün Türkiyə səmtinə keçir, oradaçalışır, geri qayıdır və təkrar yenənövbəti gün yenidən bu cür "tədarüklərlə” Türkiyə ərazisinə keçirlər...

Deməli, Batumişəhəri öz tarixi və bu günü ilə artıq gündəmdə yerini tutub. Ona görə mən həmintarixə baş vurmadan bircə onu deyə bilərəm ki, deyəsən bu şəhər gecələr yatmır.Daha çox turistlərin üz tutduğu bu ərazidə avtobusun keçdiyi küçələri gözdənkeçirdikcə qaynaşan adamlara maraqla baxıram. Xüsusilə dəniz sahilində özləriüçün balaca, xudmani bir çadırda yerləşən turistlər daha cəlbedicidi. Bax, bu mənzərəniniçərisində Batumu kiçib Sarpa çatırıq. Yenə sürücünün yardımçısı öz elanını sərnişinlərəçatdırır. Elan edir ki, hər kəs əşyalarını,çantalarını götürüb öncə gürcü nəzarət buraxılış məntəqəsindən, sonra Türkiyəgömrükçülərinin nəzarətindən keçib sərhəddin o biri üzündə, yəni Türkiyə ərazisindədüz qapının önündəki məscidin yanında dayanıb gözləsin. Bu elanlara artıq öyrəşdiyimdən,yəni onun məzmunundan kifayət qədər tanış olduğumdan avtobusdan düşən kimiüstümə yüyürüb kömək təklif edən adamlardan birtəhər qopub buraxılış məntəqəsinədaxil oluram. Artıq Qırmızı körpüdə gürcü tərəfi yoxlanış etdiyindən burda nisbətənaz ləngiyirik. Və Gürcüstanla vidalaşıb Türkiyə ərazisinin qapısı sayılan ünvana, yəni buraxılış keçid məntəqəsinə gəlirəm.Artıq Türkiyə tərəfindən bu keçid məntəqəsində çox böyük işlər görülüb. Deməkolar ki, möhtəşəm bir tikinti başa çatdırılıb. Adamların öz əl çantalarını,ağır yüklərini daşımaq üçün keçirilən ərazidə eskolatr quraşdırılıb. Hər kəsrahatlıqla qollarına ağırlıq vermədən beləcə, yükünü daşıyır. Gülərüz türkgömrükçüsünə salam verirəm. O da məmnunluqla bu doğma sözü qarşılayır.Pasortuma baxır, sonra özümə. Sonra damehribancasına "Türkiyəyə xoş gəldin, buyura bilərsiniz, əfəndim!” – deyir. Eləbil üstümdən ağır yük götürülür. Çünki dəfələrlə müşahidə etmişəm ki, Türkiyə sərhəddinikeçib bu doğma yerlərə qədəm qoyanda içimdə nə vaxtsa bütöv Azərbaycanın həryerinə gözüyumulu gedəcəyimə, yəni heç bir sıxıntının qalmayacağına inanıram. Eləhəmin inamla da sərhəddəki caminin önündə dayanıram. Çox qəribədir ki, məhz buan telefonuma zəhg gəlir:


- Salamabi, hardasan? Sarpı keçdinmi?

- Salamqardaş, artıq türk torpağındayam, avtobusu gözləyirik.

- Xoş gəldin,abi! – deyir Əhməd.

Və mənbu "xoş gəldinin! bir məmnunluğunu yaşayıram. Çünki o, ürəkdən gəlirdi. Bununardınca dostum Əhməd bəy vurğulayır ki, Trabzona daxil olanda telefonunla mənəbir cavabsız çağrı göndər. Səhərnamazında olacam. Oradan gəlib səni terminaldan(avtovağzaldan – Ə.M) götürüm. Qalacağın yer hazırdı.

Burdabir məqamı vurğulamağı özümə borc bilirəm. Doğrudur, həmin məqamı əvvəlki səfərtəəssüratlarında da vurğulamışam. Söhbət ondan gedir ki, dostum Əhməd bəy son dərəcəhəssas və diqqətli adamdı. Heç nə nəzərindən yayınmır. Gələcəyim günü də biləndənsonra sanki bütün rahatlığını itirir, arxa plana keçirir. Bircə məqsədi, məramıolur: qonağını yüksək qayğı ilə qarşılamaq, ona bütün şəraiti olan bir yertapıb yerləşdirmək və onun hər arzusunu, istəyini yerinə yetirmək! Yəni buadamın nəzərindən heç nə qaçmır. Azacıq, necə deyərlər, iynə ucu boydanarahatçılığı da göydə oxuyur. Dərhal təlaşlanır, nə olduğunu öyrənməyə, onu həlletməyə çalışır. Artıq mənim söz adamı olmağımı, müəyyən məqamlara düşməyimibildiyindən zarafatla "abi, yenə yazırsan!” – deyir. Və mən də "bəli qardaş” –deyirəm. Çünki həmin anı yaddaşıma yazmaq, yaddaşıma köçürmək mənim özümündaxili tələbatımdı. Onu görməyə, yazmaya bilmərəm.

Bu səfərimöncəsi də gələcəyim günü öncədən öyrənən, feyzbuq ünvanıma qalacağım yerin,otağın şəkillərini belə göndərən Əhməd bəy bütün bunlara baxmayaraq, yenə səhərsaat 5-də məni terminalda qarşılayacağını bildirdi. Əslində həmin ünvana mənrahatlıqla gedə bilərəm. Çünki bu şəhəri az-çox tanımağa başlamışam. O isə bununla razılaşmır və vurğulayır ki,qonağı, xüsusilə qardaşı qarşılamaq boynumun borcu, ürəyimin istəyidi. Bu sözdənsonra mənim nəsə deməyim artıq yersiz və mənasız görünər. Ona görə dərazılaşıram. Axı, bir azdan biz bir-birimizə sarılıb ən doğma adamlar kimibir-birimizin evindən, ailəsindən, özəl həyatından xəbərdar olacağıq...

(Ardı var)

TƏQVİM / ARXİV