adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
02 Oktyabr 2019 18:08
25359
DÜNYA
A- A+

“MÜHARİBƏ PARTİYASI”NIN MƏĞLUBİYYƏTİ

Minskdə keçirilən danışıqlar zamanı Ukrayna Luqansk Xalq Respublikasında (LXR) və Donetsk Xalq Respublikasında (DXR) keçiriləcək seçkilərə nəzarət edən "Ştaynmayer formula"sını qəbul etdi. Buna baxmayaraq, Kiyevdə hər kəs prezident Vladimr Zelenskinin bu qərarı ilə razı deyil və "3-cü maydan" keçirəcəklərinə söz verirlər. "Vzqlyad" qəzetinin verdiyi məlumata görə, Minskdə keçirilmiş üçtərəfli əlaqə qrupunun mətbuat konfransında V.Zelenski Ukraynanın şərqindəki vəziyyətin nizamlanması barədə "Ştaynmayer formula"sını imzalayıb. O eləcə də qeyd edib ki, kapitulyasiya olmayacaq, əgər seçkilər hərbçilərin iştirakı ilə keçirilsə, Ukrayna seçkiləri qəbul etməyəcək. Yaxın vaxt ərzində "normand formatı"nda görüş keçiriləcək.

"Ştaynmayer formula"sı Dombassa xüsusi status təklif edib. Ancaq bu qanun İnsan Haqları İnsitutunun bunu qəbul etməsindən sonra qüvvəyə minə bilər. Minskdəki danışıqlar Ukraynanın sabiq prezidenti Pyotr Poroşenko və onun Avropa Həmrəyliyi Partiyası tərəfindən tənqid olunub. Poroşenko qeyd edib ki, "Ştaynmayer formula"sı Rusiya üzərindən sanksiyaların götürülməsinə gətirib çıxaracaq.

Avropa Həmrəyliyi Partiyasının sədr müavini İrina Qeraşenko baş verənləri "Putunun planı" adlandırıb. Rusiya və Donetskdə Kiyevin bu qərarı xoş qarşılanıb. DXR-in keçmiş baş nazirin müavini və politoloq Andrey Purqin qeyd edib ki, DXR və LXR-də Kiyevin razılaşacağı seçkilərin keçirilməsi kifayət qədər realdır. Rus senatoru Aleksey Puşko "Ştaynmayer formula"sının imzalanmasını Ukrayna üçün böyük uğur adlandırıb.

"Ukrainskaya politika" qəzetinin baş redaktoru Konstantin Bondorenko qeyd edib ki, bu qərar Ukraynada iki partiya arasında qarşıdurma yaradacaq və bu vətəndaş müharibəsinə gətirib çıxara bilər. V.Zelenski həmçinin qeyd edib ki, bu qərarın əsas məqsədi Donbasa sülh gətirmək və Krımın geri qaytarılmasıdı.


Yılmaz İBRAHİMOV