adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
02 Oktyabr 2019 17:24
41203
İDMAN
A- A+

Teymur Rəcəbov Dünya Kubokunun finalında qalib gəlib

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunda üçüncü final görüşünü keçirib.

Adalet.az xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunda üçüncü final görüşünü keçirib.

Trend-in məlumatına görə, T.Rəcəbov çinli rəqibi Dinq Lirenlə qarşılaşıb. Görüş 46-cı gedişdə Rəcəbovun qələbəsi ilə başa çatıb. Nəticədə təmsilçimiz ümumi hesabı bərabərləşdirib - 1.5:1.5.

Qeyd edək ki, finalçılar sabah sonuncu görüşlərini keçirəcəklər. Həmin dueldə qalib müəyyənləşməsə, oktyabrın 4-də "tay-breyk" olacaq.