adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
02 Oktyabr 2019 17:20
12623
GÜNDƏM
A- A+

Kəmaləddin Heydərov vətəndaşları qəbul edəcək

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən 5 oktyabr 2019-cu il tarixdə Cəlilabad şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan Cəlilabad rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək.

FHN-dən verilən məlumata görə, qəbula gələn vətəndaşların qeydiyyatı 4 oktyabr 2019-cu il tarixdə Cəlilabad rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09.00-da başlayacaq.

Fövqəladə Hallar nazirinin birinci müavini Rəfail Mirzəyev tərəfindən isə 5 oktyabr 2019-cu il tarixdə Masallı şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 11.00-dan Masallı rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 5 oktyabr 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzinin binasında saat 09.00-da başlayacaq.

Daha bir qəbul Fövqəladə Hallar nazirinin müavini Ragim Lətifov tərəfindən 5 oktyabr 2019-cu il tarixdə Lənkəran şəhərində, Nazirliyin Cənub Regional Mərkəzinin binasında keçiriləcək. Nazir müavini saat 11.00-dan Lənkəran rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünləri qəbul edəcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 5 oktyabr 2019-cu il tarixdə Cənub Regional Mərkəzinin binasında saat 09.00-da başlayacaq.

Qəbulda yalnız FHN-in səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.