adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 Oktyabr 2019 16:50
11927
GÜNDƏM
A- A+

Azərbaycanda POS-terminal və bankomatların sayı artıb

2019-cu ilin avqust ayında Azərbaycanda istifadədə olan bankomat və POS-terminalların sayında artım qeydə alınıb.

Adalet.az Mərkəzi Bankın hesabatına əsasən məlumat verir ki, bankomatların ümumi sayı 2.588-dir. Bunların 1.384-ü Bakıda, 1.204-ü isə regionlarda quraşdırılıb.

Hesabatda qeyd edilir ki, avqust ayında ticarət və xidmət sektorunda istifadə edilən POS-terminalların sayı 64 min 133 ədəd olub. İyul ayında bu göstərici 63 min 782 ədəd təşkil edib.

Artımın daha çox paytaxtdakı obyektlərdə quraşdırılan POS-terminalların hesabına baş verdiyi bildirilir. belə ki, əgər iyul ayında Bakıda istifadə edilən qurğuların sayı 38 min 139 ədəd olubsa, avqustda bu rəqəm 38 min 447 ədədə çatıb. Regionlarda quraşdırılan POS-terminallar isə iyul ayına nisbətən 43 ədəd artaraq 25 min 686 ədəd təşkil edib.