Kazım Abdullayev əməliyyat olundu
Əməkdar artist Kazım Abdullayev ürəyindən əməliyyat olunub.
Bu barədə APA-ya aktyorun oğlu Fərhad Abdullayev xəbər verib.
Onun sözlərinə görə, Mərkəzi Gömrük Xəstəxanasına yerləşdirilən atası bu gün əməliyyat olunub:
"Ürək əməliyyatı indicə bitib. Vəziyyəti yaxşıdır. Atamın ayağında da tromb olduğuna görə hazırda ayağından əməliyyat olunur”.
Digər Xəbərlər
24 Aprel 2024 11:24