adalet.az header logo
  • Bakı 21°C
03 Oktyabr 2019 09:23
14579
GÜNDƏM
A- A+

VAQİF MUSTAFAYEVƏ BİR SUAL

«Space» telekanalında maraqlı və ciddi bir layihə başlayıb: «Sadə həqiqətlər». Layihənin ideya müəllifi və aparıcısı məşhur kinorejissor, kanalın prezidenti Vaqif Mustafayevdir. Verilişə dəvət olunanlar da tanınmış şəxslərdir. Veriliş az bir zamanda xeyli uğur qazanıb.

Son verilişdə millət vəkili, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov qonaq çağırılmışdı. Siyavuş Novruzov da çox səmimi bir insandı, həm də faktlarla danışmağı xoşlayır. Diqqətlə baxın bu verilişə.

Məsələ nədi? Xaricdə oturub və yaxud elə daxildə bu dövlətə, bu millətə, dövlət başçısına şər-böhtan atanlarla bağlı Siyavuş Novruzova bir sual ünvanladı Vaqif müəllim. Siyavuş müəllim də çox dolğun faktlarla cavab verdi.

Vaqif müəllim az qala bütün ziyalıları ittiham etdi ki, niyə onlara cavab vermirlər, niyə susurlar?

Əvvəla, görünür, Vaqif müəllim işi çox olduğundan mətbuatı izləmir. Ziyalılar həmin adamlara layiqli cavablar da verirlər, hətta bununla bağlı bir Dəyirmi Masa da keçirildi. Və həmin tədbirdə Azərbaycanın tanınmış siyasətçiləri və ziyalıları da iştirak edirdi.

Çox istərdim ki, Siyavuş müəllim də Vaqif müəllimə bir sual verəydi. Görünür, qonaq oluduğuna görə ev yiyəsini incitmək istəməyib. Ona görə də həmin sualı biz veririk:

- Hörmətli Vaqif müəllim, siz Azərbaycandan çox-çox uzaqlarda tanınan bir kinorejissorsuz, istedadınıza, savadınıza və ziyalılığınıza da heç kim şübhə edə bilməz. Əlinizdə də «Space» kimi bir kanal var və bütün dünyada da yayımlanır. Bəs, siz niyə susursuz? Siz niyə onlara layiqli cavab verib yerlərində oturtmursuz?

Sualımız çətin olmadı ki?