adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 Oktyabr 2019 14:28
8125
HADİSƏ
A- A+

Ağcabədidə avtomobillə qaz xəttini zədələdilər, 400 abonent qazsız qaldı

Ağcabədi rayonunun Xəlfəələddin və Kamil Nəsibov küçələrində yerləşən mənzilləri təbii qazla təmin edən diametri 108 mm olan qaz kəmərini avtomobillə vuraraq qırıblar.

Bu barədə Adalet.az "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Nəticədə adı çəkilən küçələrdə yaşayan 400 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Xəttin bərpası istqamətində işlər aparılır.