adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
02 Oktyabr 2019 14:20
13968
GÜNDƏM
A- A+

Daxili İşlər naziri vətəndaşları qəbul edəcək

Oktyabrın 27-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Gəncə Şəhər Polis İdarəsində Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.