Əbülfət MƏDƏTOĞLU: TƏQDİMATDAN GÖRÜNTÜ...
Bu gün "Günahlar" -ın təqdimatıdı
Şərəf bəxş edərsən, gəlib qatılsan!..
Hamının yanında açıb qolunu -
Üstümə bir ovuc su tək atılsan...
Gəlsən, unudacam "günahlar"ı da
Qonaqlar anlayar , yəqin ki, məni!..
"Günaha" çevirib bu anları da -
Hətta günahkar da edəcəm səni!
Bütün təqdimatın diqqət mərkəzi
Baxışın, duruşun, sözün olacaq...
Əlinə aldığın "Günahlar"ın da -
Məlum qəhramanı - özün olacaq!!!
Düzdü çevrəmizdən yağış tək yağan
Sullar mənədi, cavablar səndə!
Gerçəyin əlində qalacaq yaxan -
Sevgi etirafın edincə SƏN DƏ!
...Bu gün " Günahlar"ın təqdimatıdı...
Tanrı pıçıltısı vəsiqə alır!
Bu, şair sevgisi və həyatıdı -
"Günah" ikimizin boynunda qalır!..