adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
02 Oktyabr 2019 10:20
7552
HADİSƏ
A- A+

Keşlədə qatarın vurduğu qadının kimliyi məlum oldu

Keşlə qəsəbəsi, "Çerment körpüsü" kimi tanınan ərazidə qatar 32 yaşlı qadını vurub.

Adalet.az-ın məlumatına görə, vurulan qadın 1986-cı il təvəllüdlü Rəhimova Tacirə Vidadi qızıdır.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, qadın açıq kəllə-beyin travması ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti kritikdir.