adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
02 Oktyabr 2019 10:10
7314
HADİSƏ
A- A+

İmişlidə traktor motosikletlə toqquşdu, ölən var

İmişlidə ölümlə nəticələnən yol qəzası qeydə alınıb.

Adalet.az-ın məlumatına görə, hadisə rayonun Bəcirəvan kəndi ərazisində baş verib.

Rayonun Qaravəlli kənd sakini, 1963-cü il təvəllüdlü Cahangirov İlham Hacı oğlu idarə etdiyi "Belorus - 82" markalı 30 K 248 traktorla Bərcivan kəndindən Bərcivan-Qaralar-İmişli avtomobil yoluna çıxarkən həmin yolla hərəkətdə olan, rayonun Yalavac kənd sakini, 1982-cü il təvəllüdlü Səmədov Samir Ağalar oğlunun idarə etdiyi "İJ-Planet" markalı motosikletlə toqquşub.

Hadisə nəticəsində S.Səmədov İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilsə də, aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı İmişli rayon Polis Şöbəsində cinayət işi başlanıb.