adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
01 Oktyabr 2019 17:20
28662
SİYASƏT
A- A+

“Nə qədər ört-basdır etməyə çalışsalar da, alınmır, artıq heç nəyi gizlətmək olmur…” – DEPUTAT

Bugünlərdə Ermənistanda olan italiyalı jurnalist Piagioninin ermənilərin yaşayışını, mövcud həyat şəraitini, güzəranını "ağ soyqırımı” adlandırması təbiidir və bu, demək olar ki, işğalçı ölkədəki, Ermənistandakı vəziyyəti tam reallığı, dolğunluğu ilə əks etdirir. Çünki ölkə istisadiyyatının başqa ölkədən, onun oliqarxlarından asılı vəziyyətdə olması, həmçinin, vassala, forposta, yarımmüstəmləkəyə çevrilməsi, üstəlik, erməni lobbisinin də öz xalqından üz döndərməsi, ona yardım əlini uzatmaması Ermənistanın pis, bərbad olan vəziyyətini daha da çıxılmaza soxub, daha da dalana dirəndirib.

Erməni xalqı bir gün belə bir acınacaqlı və rəzil duruma düşəcəyini anlamalı, dərk etməliydi, öz xəstə təxəyyüllü siyaətçilərinin, şovinizmə, rasizmə, ekstremizmə, insanlığa zidd əməllərə mübtəla olmuş dövlət rəhbərlərinin ipini vaxtında çəkməliydi, onlara "dur, dayan” deməyi bacarmalıydı. Ancaq çox təəssüflər olsun ki, bunu zamanında, gərəkən vaxtda etmədi, əksinə, onların və arxalarında duranların məkrli, kirli oyunlarına alət oldu və bugünkü aqibəti, durumu ilə üzbəüz qaldı. Məşhur atalar məsəlində də deyildiyi kimi, nə əkərsən, onu da biçərsən. Onlar əkdiklərini biçməklə məşğuldurlar.

Bunu mətbuata açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Millət vəkili həmçinin deyib ki, qonşu ölkələrlə münasibətlərin gündən-günə pisləməsi, 31 ildən artıq bir dövr ərzində Azərbaycanla müharibə şəraitində olması, beynəlxalq ailəmdə getdikcə olan-qalan nüfuzunu itirməsi Ermənistanın və onun sadə vətəndaşlarının vəziyyətini hər an ağırlaşdırır.

"Təbii ki, bunu təkcə italiyalı jurnalist qeyd etmir, bunu hər kəs – Ermənistanda olan bir çox insanlar, turistlər, politoloqlar jurnalistlər açıq şəkildə dilə gətirirlər. Onlar Ermənistandakı vəziyyəti şərh edərlən, burada insanların vəziyyətinin çıxılmaz olduğunu, bütövlükdə Ermənistanın uçuruma, xaosa getdiyini vurğulayırlar. Başabəla erməni rəhbərləri, liderləri nə qədər ört-basdır etməyə, pərdələməyə cəhd etsələr də, artıq alınmır, heç nəyi gizlətmək, gözlərdən, nəzərlərdən yayındırmaq, yaddaşlardan silmək olmur.

Eyni zamanda,Ermənistan rəhbərliyinin, xüsusilə, çevriliş, inqilab yolu ilə küçələrdən hakimiyyət kürsüsünə yiyələnmiş Paşinyan iqtidarının həyata keçirdiyi başabəla, avantürist siyasət anbaan Ermənistanın əleyhinə işləyir. Ermənistanda zaman, həyat irəliyə doğru yox, geriyə, uçuruma, fəlakətə doğru sürətlə gedir. Bunun da nəticəsindəerməni xalqı bu gün demək olar ki, səfalət, aclıq, çıxılmazlıq içində çırpınır. Hər gün onlarla, yüzlərlə, minlərlə insan çörək dalınca Ermənistanı tərk edir.

Qarabağ məsələsinin, Ermənistan-Azərbaycan münaqişəsinin həllində fitnəkatlıqlar törətməkdənsə, sərhəddə, təmas xəttində atəşkəsi pozub, qan tökmədənsə, Ermənistan rəhbərliyi, Paşinyan komandası daha çox bu barədə düşünməli, götür-qoy etməli, xalqlarını saldıqları acınacaqlı durumdan çıxarmağın yollarını aramalıdırlar.

Onlar bilməli və dərk etməlidirlər ki, nə qədər ki, havadarları ilə birlikdə işğala məruz qoyduqları Azərbaycanla münasibətlər, eləcə də, digər qonşu ölkələrlə əlaqələr qaydasına salınmayıb, təcavüz, işğal faktına son qoyulmayıb, Azərbaycana, qardaş Türkiyəyə olan ərazi iddialarından, düşmənçilik siyasətindən əl çəkilməyib, Ermənistandakı mövcud acınacaqlı vəziyyət hələ bundan sonra da davam edəcək.

Qeyd etdiyim kimi, bir-birini əvəzləyən Ermənistan iqtidarları, istər indiki Paşinyan hakimiyyəti, istər ondan əvvəlki hərbi cinayətkarlar olan Koçaryan və Sarkisyan hakimiyyətləri illərlə təcavüzkar, işğalçılıq, düşmənçilik mövqeyində dayanıblar, Azərbaycan torpaqlarının işğalda qalmasına imkan, şərait yaradıblar və hələ də bu yanlış siyasətin, bu təcavüzün davam etdirilməsi, qanlar axıdılması, təxribatlar törədilməsi göstərir ki, Ermənistan, erməni xalqıhələ də uzun müddət düşdüyü vəziyyətdən çıxa bilməyəcək.

Ona görə əgər erməni liderləri, Paşinyan hakimiyyəti vəziyyəti düzgün dərk edib, dəyərləndirmirsə, çıxış yolları aramırsa, xalqını düşünmürsə, o zaman erməni xalqı, Ermənistan vətəndaşları özləri öz aqibətləri, taleləri barədə düşünməli, öz gələcəkləri üçün çıxış yolları axtarmalı, onları bu hala salanların hesab vermələrini tələb etməlidirlər…”-deyə, T. Rzayev sözlərinə əlavə edib.