adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 Oktyabr 2019 16:21
28888
DÜNYA
A- A+

Prezidentin qardaşı 5 il azadlıqdan məhrum edildi

İran Prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Firudin 5 il azadlıqdan məhrum edilib.

Trend-in məlumatına görə, bunu İranın Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmaili mətbuat konfransında deyib.

Q.İsmailinin sözlərinə görə, H.Firudin haqda 7 il həbs qərarı verilmişdi. Lakin Apelyasiya məhkəməsi cəzanı 5 ilə endirib.

Sözçü əlavə edib ki, digər cəzalar yəni nağd cərimə və aldığı rüşvət - 310 milyard rial (təxminən 7,38 milyon dollar) isə ödənilməlidir.

Qeyd edək ki, İran Prezidenti Həsən Ruhaninin qardaşı və xüsusi köməkçisi Hüseyn Firudin may ayında korrupsiyada ittiham olunaraq saxlanılıb.