adalet.az header logo
  • Bakı 16°C
01 Oktyabr 2019 13:00
9521
MƏMLƏKƏT
A- A+

Yevlaxda qayda pozan sürücülər cərimələnib - Foto

Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən, avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən rayonun Nizami prospekti ərazisində proflaktiki tədbir keçirilib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, tədbir zamanı alkoqollu içki qəbul etmiş vəziyyətdə avtomobil idarə edən, sürücülük hüququ olmadan, manevr və ötmə qaydalarını kobudcasına pozan, avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

Qayda pozuntusuna yol verən sürücülər barəsində müvafiq protokollar tərtib edilib. Yollarda sürücülərin və piyadaların təhlükəsizliyinin təmin olunması məqsədini daşıyan belə tədbirlər mütəmadi olaraq davam etdiriləcək.