Əbülfət Mədətoğlundan yeni şeir: TƏKLİF
Bir gilə göz yaşına
büküb məni at küncə...
O , küncə nəzər yetir -
gülüm, yatmazdan öncə...
Yuxuna layla kimi
Səpiləcək bu halım...
Cavabını alacaq -
Sevirsənmi? - sualım...
Yastığına damandan
üşənəcək otağın...
Göynəyəcək yanağın -
buzlayacaq yatağın...
Beləcə aparacaq
Yuxu səni özüylə...
Yat, amma gör yuxunu -
Əbülfətin gözüylə!