adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 Oktyabr 2019 11:16
93325
HÜQUQ
A- A+

Zakir Qaralovdan Rafael Cəbrayılovla bağlı açıqlama

"Mərkəzi Seçki Komissiyası (MSK) deputat Rafael Cəbrayılovun fəaliyyətinə xitam verdikdən sonra bu məsələ müzakirə olunacaq. Bildiyiniz kimi, onun aldığı borcla bağlı vətəndaşlar məhkəmələrə müraciətlər ediblər"

bunu Baş Prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, iddia ərizəsinə mülki qaydada baxılır: "Məhkəmə baxışında əgər onun tərəfindən dələduzluq və ya cinayət faktı müəyyən ediləcəksə, onun barəsində xüsusi qərardad çıxarıb, prokurorluğa göndəriləcək. Bundan sonra biz həmin araşdırmaları aparacağıq".