adalet.az header logo
  • Bakı 20°C
01 Oktyabr 2019 11:10
9303
HADİSƏ
A- A+

Baş prokuror Gəncə hadisələrindən danışdı: “Cinayətləri tam sübuta yetirilib”

"Gəncədə baş vermiş hadisəyə hüquq-mühafizə orqanları və cəmiyyət qiymət verib. Gəncə şəhərinin keçmiş icra başçısına qarşı törədilən terror aktı, həmin terror aktını dəstəkləyənlər Gəncə şəhərində kütləvi iğtişaşlar törətmək istəyən dini-radikal qüvvələrdir".

Bunu jurnalistlərə açıqlamasında Baş Prokuror Zakir Qaralov deyib.

"Biz prokurorluq olaraq hər kəsin istintaqını aparmışıq, hər bir şəxslə bağlı kifayət qədər sübut əldə etmişik. Onların hazırda məhkəmə prosesi yekunlaşdığına görə, qeyd edə bilərəm ki, cinayətləri tam sübuta yetirilib. Məhkəmə sözsüz ki, hər bir təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, bundan əvvəlki fəaliyyətini nəzərə alaraq qərar qəbul edir. Qəbul edilmiş humanist qərarlar onların günahsız olması demək deyil", - deyə Baş Prokuror qeyd edib.