adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
01 Oktyabr 2019 10:55
7072
HADİSƏ
A- A+

Sürücülər bu yolda diqqətli olsunlar

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə 01-05 oktyabr tarixlərində Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 11-120-ci km-lik hissəsində (hər iki istiqamət üzrə) təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq.

Bu barədə Adalet.az "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə istinadən xəbər verir.

Bu üzdən sürücülərdən magistral yolun sözügedən hissəsində hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.