adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
01 Oktyabr 2019 10:35
27288
DÜNYA
A- A+

Türkiyədə tunel çökdü, 1 nəfər ölüb

Türkiyənin Kayseri vilayətində xəzinə ovçuları çökən tunelin dağıntıları altında qalıb.

Adalet.az-ın  məlumatına görə, hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Məlumata əsasən, hadisə Melikgazi rayonunda baş verib. Xəzinə tapmaq üçün qazılmış yeraltı tunelin çökməsindən sonra iki nəfər dağıntılar altında qalıb.

Hadisə ilə bağlı araşdırma başlayıb.