adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 Oktyabr 2019 10:10
8838
MƏMLƏKƏT
A- A+

Lerikdə qaz xətti zədələndi, təchizat dayandı

Dünən gecə 23:10-da Lerik rayonunun Aşağı Anburdərə kəndi ərazisindən keçən 108 mm diametrində olan qaz xəttini texnika ilə zədələyiblər. Bu zaman xəttin üzərindəki siyirtmə də yararsız hala düşüb.

"Azəriqaz" İstehsalat Birliyindən Adalet.az-a verilən məlumata görə, baş verən hadisəyə görə rayonun Qosmalıyan kəndi yaxınlığından qaz təchizatı bağlanıb və ümumilikdə 5 kənddə (Aşağı Anburdərə, Məhləbad, Kələxan, Göydərə və Kəlvəz) 455 abonent qazsız qalıb. Bu gündən bərpa işlərinə başlanılacaq.