adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
30 Sentyabr 2019 17:10
10003
MƏMLƏKƏT
A- A+

ETSN məcburi göstəriş verdi, ərazilər tullantıdan təmizləndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Suraxanı rayonu, Köhnə Binə ticarət mərkəzinin və Abşeron rayonu Məmmədli kəndinin yaxınlığındakı ərazilərdə tullantıların qalaqlandığı barədə daxil olan şikayət yerində araşdırılıb və tullantıların qalaqlandığı, düzgün idarə olunmadığı təsdiqini tapıb.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, ərazilərin tullantılardan təmizlənməsi üçün Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə və Məmmədli Bələdiyyəsinə "məcburi göstəriş”lər verilib və ərazilər tullantılardan təmizlənib.