adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
30 Sentyabr 2019 15:37
9720
GÜNDƏM
A- A+

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı dəyişdirilib

Prezident İlham Əliyev Ənvər Seyidəliyevin Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən, Ənvər Qasım oğlu Seyidəliyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezident İlham Əliyevin imzaladığı digər sərəncamla Vahid Heydər oğlu Tağıyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.