adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
30 Sentyabr 2019 14:58
29860
DÜNYA
A- A+

İran XİN: Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü üçün iş aparılır

Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün baş tutması üçün hər 3 ölkənin məsul şəxsləri tərəfindən iş aparılır.

APA-nın  xəbərinə görə, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Abbas Musəvi deyib.

O bildirib ki, hələlik prezidentlərin görüşünün dəqiq vaxtı müəyyənləşməyib.

"Lakin hazırda bu sahədə işlər görülür”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Rusiya, Azərbaycan və İran prezidentlərinin avqustun 14-də Soçidə keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb.