adalet.az header logo
  • Bakı 11°C
30 Sentyabr 2019 13:01
8036
GÜNDƏM
A- A+

Deputat cəzaların sərtləşdirilməsini tələb etdi

"Son günlər gənclər, hətta yeniyetmələr ciblərində bıçaq gəzdirirlər. Bunlar potensial cinayətkardırlar".

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Nəsib Məhəməliyev deyib.

"Xəbər saytlarına baxanda görürsən ki, müxtəlif bölgələrdə kimin kimisə bıçaqlayıb öldürməsi ilə bağlı məlumatlar yer alır. Heç bir faydalı əməklə məşğul olmaq istəməyən belə gənclər təsadüfən küçədə rastlaşdığı, hətta tanımadığı, savadlı gənci qətlə yetirməklə neçə-neçə insanın faciəsinə səbəb olurlar. Hesab edirəm ki, qanunun operativliyinin təmin edilməsi baxımından bu tipli cinayətlərə görə cəzanın sərtləşdirilməsi zamanın tələbidir”, - deyə deputat vurğulayıb.