adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Sentyabr 2019 12:54
9207
GÜNDƏM
A- A+

Deputatdan enerji içkiləri ilə bağlı təklif - Qadağan edilsin!

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Musa Quliyev televiziyada enerji içkilərinin reklamının qadağan edilməsini təklif edib.

Deputat bildirib ki, bununla bağlı "Reklam haqqında” qanuna dəyişiklik edilməlidir.

Onun sözlərinə görə, energetik içkilərin uşaqlara, yeniyetmələrə, gənclərə zərərli təsirlərinin olduğu tibbi həqiqətdir: "Bütün dünya bununla bağlı həyacan təbili çalır. Təəssüflər olsun ki, Azərbaycanın bütün özəl televiziya kanallarında enerji içkiləri reklam edilir”.