adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Sentyabr 2019 12:47
9675
GÜNDƏM
A- A+

Rafael Cəbrayılov deputat mandatından imtina etdi - Yenilənib

Borca görə III və IV çağırış Milli Məclisinin vəsiqələrini girov qoyan deputat Rafael Cəbrayılov mandatından məhrum edilməsi üçün parlamentə
müraciət edib.

Bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Komitə sədri qeyd deyib ki, konstitusiyaya uyğun olaraq deputat mandatdan özü imtina edib: "O, eyni zamanda həm seçicilərdən, həm deputat həmkarlarından, həm də cəmiyyətdən üzr istəyərək istefa vermək qərarına gəlib. Protokol qaydasında qərar Mərkəzi Seçki Komissiyasına göndərilir. Seçki Məcəlləsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası deputatın mandatdan məhrum edilməsi ilə bağlı qərar qəbul edir”.