Britaniyadan Rusiya və Çinə müharibə xəbərdarlığı
"Rusiya və digər dövlətlərin ərazilərindən təşkil edilən kiberhücumlarla əlaqədar Böyük Britaniya daim müharibə vəziyyətindədir".
Bu barədə Böyük Britaniya Müdafiə Qərargahının rəisi, general Nikolas Karter bildirib.
"Hərbi əməliyyatların dəyişən xarakteri sülh və müharibə arasındakı sərhədlərin bulanıq olduğunu göstərir. Ona görə ki, böyük dövlətlərin rəqabəti, qeyri-dövlət strukturları ilə mübarizə ideyası bizi hər gün təhdid edir".
Generalın sözlərinə görə, hazırda əsas təhlükə informasiya məkanı ilə əlaqədardır. Burada söhbət Rusiya və Çin ərazisindən edilən kiberhücumlardan gedir.
Karter çıxışında Britaniyanın rəqiblərinin istənilən hərəkətini cavabsız qoymayacağına söz verib.
Qeyd edək ki, Rusiya və Çin tərəfi isə iddiaları rədd edir.(azvision.az)
Digər Xəbərlər
20 Aprel 2024 10:43
Türkiyədə bir gün əvvəl baş verən zəlzələ iri çat yaratdı: Qorxulu görüntülər - VİDEO
20 Aprel 2024 09:37İnsanlar ilk dəfə marallar arasında yayılan “zombi” xəstəliyinin qurbanı oldular
20 Aprel 2024 09:21Quterreşdən Azərbaycan və Ermənistana çağırış
20 Aprel 2024 09:10Rusiyanın daha bir regionunda xarici vətəndaşlara taksi sürmək qadağan edildi
20 Aprel 2024 09:00