adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
30 Sentyabr 2019 11:49
42872
DÜNYA
A- A+

Bu adadan qum oğurlayan 3000 yevro cərimələnir

Ağ və narın qumlu sahilləri ilə İtaliyanın məşhur Sardiniya adası bu xüsusiyyəti ilə yüz minlərlə turisti özündə cəm edir.

Masmavi dənizin sahilində kirşan yumşaqlığına malik olan qumlar bölgəyə gələn turistlərə bənzərsiz bir zövq yaşadır. Adanın rəhbərliyi bu gözəlliyi qorumaq üçün ağıla gəlməyən üsullardan istifadə edir.

Sardiniya adasındakı bir çox çimərlikləein girişində qum, balıqqulağı, daş, yosun kimi dənizə aid nəsnələrdən götürmək 2017-ci ildə qüvvəyə minən qanunla qadağa olunub. Əgər kimsə bu qadağaya riayət etməsə, cərimələnəcək. Cərimənin məbləği 500-3000 yevro arasıdır.

Sardiniyanın hava limanlarında turistlərin baqajları "oğurluq qum” səbəbilə sıx-sıx yoxlanılır. Keçən il Alghero bölgəsinin hava limanında ümumilikdə 200 kq-dan artıq çimərlik qumu saxlanılmışdı.

2015-ci ilin statistikasına görə isə Sardiniyanın paytaxtı Cagliaridəki hava limanında aşkar olunan oğurluq qumun miqdarı 5 tona qədər olmuşdu.