adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
30 Sentyabr 2019 11:33
22184
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: Bu dənizin adı Qara, günü ağ





















ƏBÜLFƏT

Daş da həmən, tərəzin də yerində
Sağalmayıb, mərəzin də yerində...
Ömür adlı çərəzin də yerində -
Əbülfət!

Qışı - qışdı, yayı -yaydı - sənə nə
Önə çıxıb, çox da döymə sinənə...
Qurbanlıqsan ürəyinə sinənə -
Əbülfət!

Bu dənizin adı Qara, günü ağ
İşlərinə qarışmağın bir günah!
Tutar səni çəkdirdiyin bir gün ah! -
Əbülfət...

Sözə qatma bu məscidi, kilsəni...
Oğul! - deyib anacaqdı kim səni?
Varlığınla ovutmadın kimsəni -
Əbülfət...

Məhəbbətsiz, can dostlarsız ömür boş
Yığ dəftəri, at qələmi xoşaxoş!
Sən özünü yol üstəki köçə qoş -
Əbülfət!

Trabzon , 2019