adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Sentyabr 2019 11:30
25175
DÜNYA
A- A+

İran və Səudiyyə Ərəbistanı arasında müharibə baş verərsə... - Kral Salmandan açıqlama

Səudiyyə Ərəbistanının vəliəhdi kral Məhəmməd bin Salman Amerikanın CBS kanalının "60 minutes” proqramında açıqlamalarıyla diqqət çəkib. Salman neft qiymətlərinin artmasına səbəb kimi İranı göstərib və neftin qiymətinin bundan sonra da xəyal edilə bilməyəcək rəqəmlərə çatacağını vurğulayıb. Keçən il İstanbulda öldürülən jurnalist Cemal Kaşıkçının cinayətinin məsuliyyətini ölkənin lideri olaraq bir daha üstünə götürüb.

Adalet.az xəbər verir ki, Salman cinayətin əmrini vermədiyini qətiyyətlə təsdiqləyib. Cinayət Səudiyyə Ərəbistanı höküməti üçün işləyən adamlar tərəfindən törədildiyi üçün məsuliyyəti boynuna götürüb. O deyib ki, "bu bir xəta idi, gələcəkdə belə bir şeyin təkrarən baş verməməs üçün lazım olan bütün addımları atmalıyam”.

Vəliəhd Salman Səudiyyə Ərəbistanına məxsus neft mədənlərinə olan hücumda İranı günahkar bilir.

"İran və Səudiyyə Ərəbistanı arasında savaş baş verərsə qlobal iqtisadiyyat çökər, ona görə də siyasi və sülhsevər bir həllin müharibədən daha yaxşıdır” deyə kral Salman qeyd edib.