adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
30 Sentyabr 2019 10:10
11696
HADİSƏ
A- A+

Bakıda qadın doğuş zamanı öldü - Səbəb açıqlandı

Bakıda 32 yaşlı qadın doğuş zamanı ölüb.

Adalet.az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisindəki 7 saylı doğum evində baş verib.

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İ.Məmmədbəyli küçəsi, ev 16, mənzil 28-də yaşayan, 1987-ci il təvəllüdlü Manıyeva Ramilə İmadəddin qızı "39 həftə 4 gün hamiləlik, doğuşun birinci dövrü" diaqnozu ilə doğum evinə gətirilib. Doğuş zamanı qadının bətnindəki döl tələf olub. Hadisə zamanı qadın şoka düşərək dünyasını dəyişib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi başlanıb.