adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
28 Sentyabr 2019 16:23
18007
ƏDƏBİYYAT
A- A+

Milli Kitabxanada Qazaxıstan Ədəbiyyat və Mədəniyyət Mərkəzi açılıb

VI Beynəlxalq Bakı Kitab Sərgi-Yarmarka çərçivəsində Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında Qazaxıstan Ədəbiyyat və Mədəniyyət Mərkəzi açılıb.

Mərkəzdə Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin fəaliyyətinə, dünya arenasındakı roluna həsr olunan, məşhur qazaxıstanlı yazıçıların, qazax, rus və və ingilis dillərində kitabları təqdim olunub.

Ümumilikdə, kitabxanaya 200 kitab hədiyyə edilib.

Mərkəzin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, mədəniyyət naziri Əbülfəs Qarayev, TÜRKSOY baş katibi Düsen Kaseinov, Qazaxıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili Darxan Kuşerbayev, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Qazaxıstan Milli Akademik Kitabxananın rəhbər müavini Aliya Kojabayeva və digərləri iştirak edib.

Qazaxıstan Ədəbiyyat və Mədəniyyət Mərkəzi dünyanın 32 kitabxanasında fəaliyyət göstərir.