adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Sentyabr 2019 14:40
9300
HADİSƏ
A- A+

Tovuzda maşın iki yerə bölündü: yaralıların adları bilindi - YENİLƏNİB + FOTO

Tovuzda baş verən qəzada xəsarət alanların adları bəlli olub.

Qəza zamanı üç nəfər - Aynurə Mustafayeva, İsgəndərov İsgəndər Fərman oğlu və Sadıqov İxtiyar Vidadi oğlu müxtəlif bədən xəsarətləri alıb.

A.Mustafayevanınvəziyyəti ağır olaraq qiymətləndirilir. Bundan başqa, avtomobildə bir körpə və bir yeniyetmə də olub. Onlar xəsarət almayıb.

Digər maşında olan iki nəfərə isə ambulator müalicə üçün evə buraxılıb.

11:35

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Qovlar-Quşcu yolunun Aşağı Quşçu kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki "VAZ 2107” markalı maşın toqquşub.

Nəticədə, "Jiquli” markalı maşınlardan biriiki yerə bölünüb. Qəzada xəsarət alan üç nəfər Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.(oxu.az)