adalet.az header logo
  • Bakı 13°C

HƏSƏNOĞLUDAN DAHA BİR QƏZƏL - Seyfəddin Altaylı yazır

SEYFƏDDİN ALTAYLI
57729 | 2019-09-28 14:07

Uzun müddətdir Həsənoğlunun "Kitabi Sirətün Nəbi” adlı əsəri üstündə işləyirəm.Onunla bağlı ilk məlumatları yenə "Ədalət” qəzetində 2009-cu ildə üç silsilə məqaləşəklində təqdim etmişdim.

Həsənoğlunun yeni tapılan bu əsəri dəfələrlə ifadə etdiyim kimi dil və ədəbiyattariximiz üçün həddən artıq önəmlidir demirəm, əvəzsiz bir mənbə vəsfinəmalikdir. Təbii ki, əsər çap olunduqdan sonra onunla bağlı müxtəlif fikirlər dəsəslənəcəkdir. Əminəm ki, irəli sürdüyüm bu düşüncələr elm dünyamızda öz təsdiqinitapacaq.

Həsənoğlunun indiyə kimi cəmi beş şeiri bilinirdi. Mən bu əsər üstündəişləməyə başladıqdan sonra yeddidən artıq qəzəlini aşkar edib müxtəlif elmitoplantılarda məruzə elədim, yenə "Ədalət", "Ədəbiyyat" və"525-ci Qəzet"də çap etdirdim.

Əsərin üstündə işləyərkən daha y

eni bir qəzəlinə rastladım və həmin qəzəli ilk dəfə "Ədalət" qəzetininoxucularına təqdim etmək qərarına gəldim.

Bu qəzəl Ulu Peyğəmbərimiz Hz. Məhəmmədi vəsf etmək məqsədiləyazılmışdır. Ünlü təzkirəçi Dövlətşah Səmərqəndinin yazdığına görə, HəsənoğluŞeyx Camalüddin Əhməd Zakirin müridi olub, yəni təsəvvüf əhlidir. Onun buyönünü Peyğəmbərimiz üçün yazdığı bu qəzəldən də aydın müşahidə etmək olar.

Dedilər bu əcəb insanmudur ki,

Ya adəm surətində canmudur ki.

Məlaik dəxi bu hüsnilə olmaz

Əcəb bu can, cananmudur ki.

Bu dünya xalqına hiç bənzəməz bu

Bizə Haqdan əcəb mihmanmudur ki.

Yüzinə baqmağa gözlər doyulmaz

Əcəb bu bir ulu sultanmudur ki.

Qoxusı can, dimağın tazəqıldı

Saçı müşki bigi yarəcanmudur ki.

Ay alnı, nuri rövşəndür,günəşdir

Əcəb yüzimahi-tabanmudur ki.

Gözinə baqıcaq canlarüzilür

Əcəb cadumudur, fəttanmudur1 ki.

Saçı zülmət, yanağınura bənzər

Dodağıçeşmei-heyvanmudur2 ki.

Anadan böylə oğlantoğduğu yoq

Əcəb bu bir ulubürhanmudur3 ki.

1Fəttan. 1. Cazibəli,könül alıcı. 2. Fitnə və fəsada yönəldən, fənalıq edən. 3. Oynaq qadın və yaqız.

2Çeşməi-heyvan. Abı həyatçeşməsi, bəngisu çeşməsi.

3Bürhan. Dəlil, sübut.


TƏQVİM / ARXİV