adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
28 Sentyabr 2019 14:05
20799
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: DÜŞƏN ÜMİD YARPAĞI...

Günümə bax, hər səhər
Hər axşam diz üstəyəm...
Gözdə yaş, qəlbdə qəhər -
Bitməz yol, iz üstəyəm...

Duman bürüyən dağın
Barı çürüyən bağın...
Əkib gəldiyim tağın -
Xəyalən düz üstəyəm!

Yurdsuzluq, qaçqınlıq ah ...
Hara sığar bu günah?!
Üzüm gəlmir ki, Allah -
Səndən ,mən üz istəyəm!...

Qarabağ - dolaşıq kod...
Susuz balıq, külsüz od!
Ot yoldurur , mənə ot -
Tikan, həm köz üstəyəm!