Gələn həftə parlamentin ilk iclası keçiriləcək
Gələn həftə Milli Məclisinin payız sessiyasının ilk plenar iclası keçiriləcək.
Sentyabrın 30-da baş tutacaq ilk plenar iclasın gündəliyinə 20 məsələ daxildir.
Bunlar "Məişət zorakılığının qarşısının alınması haqqında", "Sosial xidmət haqqında”, "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, "Peşə təhsili haqqında”, "Təhsil haqqında”, "Reklam haqqında”, "Uşaq hüquqları haqqında” Məktəbəqədər təhsil haqqında”, "Kinematoqrafiya haqqında”, "Kütləvi informasiya vasitələri haqqında”, "Nəşriyyat işi haqqında”, "İctimai televiziya və radio yayımı haqqında”, "Telekommunikasiya haqqında”, "Teatr və teatr fəaliyyəti haqqında”, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, "Əmək pensiyaları haqqında”, "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında" qanunlara dəyişiklik layihələridir.
Qeyd edək ki, parlamentin payız sessiyası dekabrın 30-dək davam edəcək.
Digər Xəbərlər
29 Mart 2024 17:56
"Ermənistan geosiyasi oyunlardan çəkinməlidir" - Prezidentin köməkçisi
29 Mart 2024 16:53"Azərbaycan və Ermənistan sülhə yaxındır" - Hikmət Hacıyev
29 Mart 2024 14:00“Crocus”dakı terrorun ardınca: Milli Məclisin xüsusi iclasının çağırılması təklif edildi
29 Mart 2024 12:30Moskvada 3-cü ən dəhşətli metro terrorundan 14 il keçir - Hədəfdə Rusiyanın günahları?
29 Mart 2024 11:15