adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
27 Sentyabr 2019 15:43
45742
İDMAN
A- A+

AFFA-nın əməkdaşı beynəlxalq təyinat alıb

A milli komandanın meneceri və AFFA-nın futzal üzrə əlaqələndiricisi Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.

Adalet.az AFFA-ya istinadla xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçiriləcək Bosniya və Herseqovina–Almaniya oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.

Oyun oktyabrın 15-də Zenicadakı "Bilino polie” stadionunda keçiriləcək.