adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
27 Sentyabr 2019 15:29
27713
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: SƏNİNÇÜN SƏHƏR DUAM

Adın çəksin dodağın
O çiçəyin, o tağın...
Qəlbim - Namaz otağın -
Yuvanı bəyəndinmi?!

Günəşin batan vaxtı
Ayın da yatan vaxtı...
Güldür üzünə baxtı -
Duamı bəyəndinmi?!

Qibləm, yönüm sənədi
Səndən bircə dənədi!
Şükür , nazın mənədi -
Bu anı bəyəndinmi?!

Demə bəxtimə künə...
Eşq həm dindi, həm kümə!
Düş mən düşdüyüm günə -
Duamı bəyəndinmi?!