Faiq QİSMƏTOĞLU: FİRONLUQ ELƏMƏYİN

FAİQ QİSMƏTOĞLU
58230 | 2019-09-28 10:47

... Qurbanolum o bir Allaha! Çünki dünyanı altı gündə yaradan, yeri, göyü, bütün səmanı və kainatı quran da Odur,idarə eləyən də. Yəni bir "Ol!” sözüyləhər şey yaranıb və ömrünü yaşayıb...

... Heçkəs Yaradanla bəhs eləyə bilməz. Və bəhs eləsə də bir nəticəsi olmaz. Ənazından ona görə ki, Allahdan savayı heç bir qüvvə, heç bir varlıq adi bir şeybelə yaratmaq gücünə malik deyil. Və kimsə adi bir şey yaratmaq gücünə malikdeyilsə, bəs niyə insan oğlu insan yerə, göyə və Allahın yaratdığı bütünvarlıqlara meydan oxumaq istəyir?!.

... Onlarınürəyindən allahlıq keçib. Bəs Fironyadınızdan çıxıb? Firon məgər allahlıq eləmirdimi? Və hətta Musa peyğəmbər onunyanına gedib "mən Allahın sözüylə sənin yanına gəlmişəm” deyəndə, o gülüb vədeyib ki, "mən özüm Allaham və sizin Allahınız mənə lazım deyil”. Bax, bütünbundan sonra Allah-Təala öz gücünü o Firona göstərir, onun özünü və dəstəsini dənizdənkeçərkən məhv eləyərək Musa peyğəmbəri xilas eləyir...

Məndindar adam deyiləm, amma bir müsəlman olaraq "Qurani-Kərim”i oxumuşam və eynizamanda Allahın böyüklüyünü bir daha qəbul eləmişəm. Çünki müsəlman olmaq özünüAllaha təslim etmək deməkdir. Və əgər kimsə "müsəlmanam” deyib özünü Allaha təslimetmirsə, ona inanmırsa və böyük Yaradanasığınmırsa, deməli, o insan heç müsəlman deyil...

Sözümüncanı ondan ibarətdir ki, bugünkü cəmiyyətimizdə və yaşam tərzimizdə Allahlıqiddiasında olan o qədər vəzifəli şəxslər var ki, o adamlar sanki dünyanıyaradıblar... Və o adamlar vəzifə kreslosuna qalxandan sonra gözləriayaqlarının altını görmür... O adamlar o qədər haram və ədalətsiz işlər görürlərki, heç yerə-göyə sığmaz... Və o adamlar düşünürlər ki, əgər nazir kreslosunda,icra başçısı vəzifəsində və digər səlahiyyətli yerlərdə əyləşiblərsə, nə istəsəneləmək olar. Və daha doğrusu, elə eləyirlər də. Çünki onlar özlərinə çoxarxayındılar. O qədər arxayındılar ki, nə qanundan qorxurlar, nə də Allahdan!..

Zarafatdeyil, bizdə nazir var ki, 15-20 il işləyib, sonra da çıxıb bala-bala yığdığıpulları sağa-sola xərcləyir. Evinin, mülkünün, maşınlarının və kommersiyamağazalarının sayı-hesabı belə yoxdu...

Ən çoxda o qorxuludur ki, yüksək vəzifədə oturanların əksəriyyəti heç kəsdən çəkinmədənuzun müddət qaz vurub qazan doldurublar. Heç altıda alımı, beşdə də verimiolmayıb. Həddindən çox varı, dövləti, pulu-parası olan bu adamlar nə xalqısayır, nə də hətta özündən yuxarıda oturan şəxsi. Və bu adamlar özləriniAllahın bacısı oğlu kimi yox, Allah kimi aparıblar. Hətta vəzifədən çıxsalarbelə, yenə öz keflərində- damaqlarındadılar.

Çünkikişinin oğlanları nəinki özləri üçün, həttaövladları, nəvələri, nəticələri, kötücələri üçün milyonlar, milyardlaryığıblar. Və o pulların yüz il bundan sonra da nəsli-nəcabəti xərcləsə, tükənməkbilməyəcək. Özləri vəzifədən çıxsa da, övladları, nəvələri yenə də müxtəlif vəzifələrdəəyləşiblər. Və müxtəlif vəzifələrdə əyləşən o övladlar, nəvələr də babalarınınyolunu davam etdirirlər. Fürsət düşən kimi yəqin babaları onlara təkan verəcəkvə onlar da ya icra başçısı, ya nazir müavini, ya da nazir olacaqlar. Camaatıncanı babalarından qurtarmamış, övladları və nəvələri bu millətin dərisini soyubiçinə saman təpəcəklər...

"Qabusnamə”dəyazılıb ki, harda uca imarət, dəbdəbəli saray gördün, bil ki, onun hər kərpici,hər daşı haramlıqdan yoğrulub. Görün nə qədər müdrik və ağıllı fikir səsləndirilib.BizimBakı şəhərində "milyonerlər məhəlləsi” var və eləcə də şəhərin çox yerində dəyərimilyonlarla ölçülən mülklər, malikanələr, villalar var. Bu mülklərin, malikanələrinvə villaların heç biri Xalaoğlu Tərxanın deyil. Hamısı haram yolla əldə edilmişpullarla tikilən imarətlərdir. Əgər halal yolla tikilibsə, halal da xoşlarıolsun! Çünki o milyonlar, o milyardlar bu millətin kisəsindən, qabındanoğurlanmış vəsaitlərdir.

... Qırxil dövlətə və xalqa xidmət eləyən adam yaşa görə təqaüdə çıxanda 200 manat pulalır. Amma yüksək vəzifdə 3-4 il işləyən bir şəxs isə milyonlar qazanıb bütün həyatınıtəmin edir. Bəs bu ədalətdirmi? Namusla, vicdanla çalışıb, işləyib heç yüz iləbir imarət tikmək olmaz. Ən yaxşı halda, Bakıda 3-4 otaqlı mənzil tikə bilərsən.O mənzili də tikəndə sənin başına icra hakimiyyətinin əməkdaşları olmazın müsibətinaçacaqlar: deyəcəklər ki, filan qədər ver, sonra o evi tik! Əgər filan qədərvermirsənsə, evin bünövrəsini töksən də bir-iki daş qaldırmağa belə imkan verməyəcəklər.Tay o vaxta qədər ki, o icra hakimiyyəti işçilərini razı salasan.

Bəlkəyalan deyirik, düz demirik? Qoy bu suala Bakıdahəyətyanı sahədə ev tikən insanlar cavab versinlər. Bir daşı daş üstünəqoyan kimi, bir də görürsən ki, budu gəldilər ha: icra nümayəndəsi,"uçastkovu”, bələdiyyə, tay nə bilim kimlər. Bundan sonra ay yetim, gəl indiözünə bir koma qaralt görüm, necə qaraldırsan?! Bax, oğul odur ki, o axının qabağınadursun, onları yerində oturtsun, evini tiksin! Bu da çox çətin məsələdi.

... BirQarabağ qazisi tanıyıram – Arzuman Mahmudov. Abşeron rayonunun Xırdalan şəhərindəyaşayır. 20 il bundan qabaq çox çətinliklə 3-4 sot torpaq alıb. İndi o torpaqdaözünə bir koma tikmək istəyir, icra hakimiyyətinin və memarlıq idarəsinin işçiləriona göz verib, işıq vermirlər. Deyirlər ki, sənədlərin düz deyil . Filan qədərver, sonra nə tikirsən, tik! Bax, filan qədər verəndən sonra işlər düzəlir və sənədlərdə yerində olur. Təki o deyənləri eləyə biləsən. O Qarabağ qazisi də ölkəbaşçısına müraciət edib. Görəsən, Qarabağ qazisini incidən, haqqını yeyən oharınlamış adamlar Allahdan qorxmurmu? Axı o Qarabağ qazisi bu vətənin yolundasağlamlığını itirib və bu gün də bədənində qəlpə gəzdirir. Görünür, allahlıqiddiasında olanlar nə vətən hərləyir, nə Qarabağ qazisi sayır, nə də onun bədənindəgəzdirdiyi qəlpələrə əhəmiyyət verir. Təki onların dediyi olsun! Onsuz da həmişəbizim məmələkətdə şər xeyirə qalib gəlib. Ancaq şər xeyirə qalib gəlsə də, o həmişəbelə olmayacaq.

... Və nəvaxtsa gözü ayağının altını görməyən, haqqı nahaqqa verən, kasıb və kimsəsizadamların hüququnu tapdayan və bəzən də onların kimsəsizliyindən istifadə edərəkbaşına qapaz vurub əlindəki beş-on manatı alan o harınlamış adamlar Allahın cəzasınıalacaqlar. Çünki bunun geci və tezi var. Kiminsə ürəyindən allahlıq keçirsə,deməli, onun qəlbində, içində bir damla da olsa Allah sevgisi, Allah qorxusuyoxdur...

... Məmləkətimizdəallahlıq iddiasında olan vəzifə sahibləri az deyil. Və onlar hər gün bu kasıb vəimkansız adamların başına olmazın oyununu açırlar, haqqını yeyirlər. Ancaqonlar heç də Firondan güclü deyillər. Fironun taleyi necə olubsa, onların daaqibəti ona bənzəyəcək. Buna heç kəsin şübhəsi olmasın! İntəhası, bu işləringeci və tezi var...


TƏQVİM / ARXİV