Bakıda “Xəzəri qoruyaq!” adlı kütləvi ekoloji aksiya keçirilib
24
sentyabr 2019-cu il. 21 sentyabr tarixində Beynəlxalq Sahilyanı
Təmizlik Günündə ölkənin nüfuzlu şirkətləri, dövlət qurumları, müxtəlif
təşkilat və yüzlərlə könüllülərin iştirakı ilə keçirilmiş "Xəzəri
qoruyaq!” adlı genişmiqyaslı ekoloji aksiya çərçivəsində Buzovna
çimərliyi tullantılardan təmizlənib.
"Coca-Cola”, "Bakcell", "PAŞA Bank”
şirkətlərinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin, ASAN Könüllülük Məktəbinin
təşkilatçılığı, həmçinin, Azərbaycan Respublikasının Dövlət Reklam
Agentliyinin, ABŞ-ın və Avropa İttifaqına üzv ölkələrin səfirliklərinin,
ADA universiteti, "AzEkol”, "Carlsberg Azerbaijan”, "Nargis” jurnalı,
"ASAN Radio”, "Xəzər TV”, AFFA və Azərbaycan Velosiped İdmanı
Federasiyasının dəstəyi ilə keçirilmiş aksiya çərçivəsində 700-dən çox
insan sahilyanı ərazini 3 tona yaxın tullantıdan təmizləyib.
"Xəzəri qoruyaq!” aksiyası çərçivəsində toplanılmış tullantıların
bölgüsü belədir: 1815 kq qida qalıqları, tikinti materialları və şüşə,
211 kq plastmas, 30 kq karton və kağız, 15 kq sellofan torba.
Qeyd edək ki, dünyanın bir çox ölkəsi hər il 21 sentyabr tarixini
Beynəlxalq Sahilyanı Təmizlik Günü kimi qeyd edir. Sahilyanı Təmizlik
Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan
təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Bu məqsədlə
on minlərlə insan könüllü olaraq yaşadıqları ərazilərin sahillərini
tullantılardan təmizləyirlər. Azərbaycan da bu beynəlxalq ekoloji
aksiyada artıq 9 ildir ki, iştirak edir.
""Coca-Cola” bütün dünyada aktual olan məişət tullantıları
probleminin həllində fəal rol oynayır. Azərbaycanda artıq 9 ildir ki,
çoxsaylı tərəfdaşlarımız ilə birlikdə Xəzər dənizinin sahillərini hər il
çimərlik mövsümü bitdikdə məişət tullantılarından təmizləyərək,
insanları ətraf mühitə qarşı daha məsuliyyətli olmağa çağırırıq. Çox
şadıq ki, Azərbaycan bu beynəlxalq hərəkatda hər il fəal iştirak edir və
bu yolla biz, ölkəmizin, Xəzər dənizimizin daha təmiz olmasına
töhfəmizi vermiş oluruq.” - deyə "Coca-Cola” şirkətinin Qafqaz regionu
üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya meneceri Elşad Fərzəliyev
bildirib.
"Hər il daha çox insanın, xüsusilə də gənclərin fəal şəkildə bu
ekoloji aksiyaya qoşulduğunu müşahidə edirik və bu fakt bizi
sevindirməyə bilməz. Bu tədbir sadəcə ekoloji aksiya deyil, həm də
rəngarəng proqramı ilə böyük bir bayramdır. "Bakcell” şirkəti qarşıdakı
illərdə də bu böyük layihəyə dəstək verməyə hazırdır." deyə "Bakcell”
şirkətinin PR və Korporativ kommunikasiya departamentinin rəhbəri
Süheylə Cəfərova vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş
sektorunun müdiri Sahil Məmmədli bu tip layihələrin gənclərin inkişafına
verdiyi töhfəni vurğulayıb: "Hər ötən il aksiyaya qatılan könüllülərin
sayı durmadan artır. Builki aksiyaya 500 "ASAN könüllüsü”nün qatılması
gənclərin ekoloji layihələrə marağının artmasının bariz nümunəsidir.
Ekoloji layihələrin gənclərin həm də sosial məsuliyyətli fərd kimi
formalaşmasında xüsusi yeri var. Bu layihə sayəsində gənclər öz
üzərilərinə düşən məsuliyyəti dərk etmiş olurlar.”
"Xəzəri qoruyaq!” şüarı altında Buzovna çimərliyində keçirilən
aksiya çərçivəsində təxminən 3 tona yaxın tullantı qismən emala
göndərilib, qalan hissəsi isə Balaxanı poliqonuna göndərilib. Hər il
çimərlik mövsümünün sonunda gənclərin, şirkət əməkdaşlarının, onların
ailə üzvlərinin iştirakı ilə keçirilən sahilyanı təmizlik aksiyası
ölkədə ekoloji durumunun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi
və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ edir. Bütün
aksiya iştirakçıları təşkilatçılar tərəfindən nəqliyyat, idman
köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin təmizlik üçün
lazımi ləvazimatlarla təmin olunub.
Qeyd edək ki, Azərbaycanda son 9 il ərzində keçirilən analoji
birgünlük aksiya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 45 hektara
yaxın ərazisi 35ton məişət tullantısından təmizlənib. Təmizlənən
ərazilərdən toplanan tullantılar qeydə alınaraq "Ocean Concervancy”
beynəlxalq təşkilatına göndərilir. Həmin məlumatlar isə öz növbəsində
dünya su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq
hesabatlarda əks olunur.
Digər Xəbərlər
17 Aprel 2024 21:00
Türkiyədə "Baykar" şirkətinin yeni qanadlı raketi sınaqdan keçirildi - VİDEO
16 Aprel 2024 18:40Saxta nömrələrdən zəng gələrsə, diqqətli olun - XƏBƏRDARLIQ + VİDEO
16 Aprel 2024 18:17Azərbaycanda bu provayderlər cərimələndi
16 Aprel 2024 16:01Bakcell böyük dəyişiklər astanasında
15 Aprel 2024 09:56