adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 Sentyabr 2019 12:11
69323
TEXNOLOGİYA
A- A+

"Azercell" Türkiyədəki abunəçilərinin nömrələrinə internet paketi yükləyib

"Azercell Telecom" MMC Türkiyənin İstanbul şəhərində baş verən zəlzələ ilə əlaqədar bu ölkədə səfərdə olan abunəçilərinin nömrələrinə 400 MB internet paketi yükləyib.

Türkiyədə səfərdə olan abunəçilərin nömrələrinə internet paketlərinin yüklənməsi İstanbul şəhərində qeydə alınan yeraltı təkanlarla əlaqədar olaraq, ailələri və yaxınları ilə kəsintisiz əlaqəni təmin etmək məqsədi daşıyır.

Təcili hallarda Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki Səfirliyinə müraciət etməyiniz xahiş olunur.