adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
26 Sentyabr 2019 11:26
18664
MƏMLƏKƏT
A- A+

Ekoloji Maarifçilik Monitorinq İctimai Birliyi Seminar təşkil edib

Səbail rayon İcra Hakimiyyətində Ekoloji Maarifçilik Monitorinq İctimai Birliyinin (EMMİB), Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Dənizkənarı ərazilərdə ekoloji normalara uyğun monitorinqin keçirilməsi” layihəsi çərçivəsində seminar təşkil edilib. Seminar layihə çərçivəsində Səbail və Binəqədi rayonlarının dənizkənarı ərazilərində təşkil edilmiş monitorinqin nəticələrinin müzakirəsinə həsr edilib.

Seminarda Səbail rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə və Yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Müdiri Rövşən Süleymanov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nemət Həsənov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Sahil Sularına Ekoloji Nəzarət və Mühafizə Mərkəzinin direktoru Famil Alkərəmov, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Regional turizm və qoruqların inkişafı sektorunun böyük məsləhətçisi Hamlet Rüstəmov, Səbail və Binəqədi rayonlarının Bələdiyyə sədrləri, həmin ərazilərdə fəaliyyət göstərən ictimai iaşə obyektlərinin rəhbərləri, QHT sədrləri, ictimaiyyət və KİV nümayəndələri iştirak edirdilər. Tədbiri giriş sözü ilə EMMİB-in sədri Qəmzə Yusubova açaraq layihə haqqında məlumat verib.

Sonra isə söz rəsmi qonaqlara verilib. Ərazi İdarəetmə və Yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin Müdiri Rövşən Süleymanov çıxış edərək rayon İH-nin cəmiyyətin inkişafına və ətraf mühitin mühafizəsinə yönələn ekoloji layihələri bəyəndiyini və hər cür dəstək göstərməyə hazır olduqlarını bildirdi. Xəzər Kompleks Ekoloji Manitorinq İdarəsinin rəisi Nemət Həsənov isə öz çıxışında Xəzər dənizinin ekoloji problemlərinin həlli və ekoloji təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm əhəmiyyətə malik dövlətdaxili normativ aktlardan və Xəzər dənizinin sahil zolağında fəaliyyət göstərən obyektlərdə formalaşan bərk tullantıların mövcud qanunvericiliyin tələblərinə uyğun idarə olunmasından danışdı. 

Xəzər Sahil Sulara Ekoloji Nəzarət və Mühafizə Mərkəzinin direktoru Famil Alkərəmov isə mərkəzin gördüyü işlər haqqında,dəniz sahilində yerləşdirilmiş modul tipli su təmizləyici stansiyalar,onların iş prinsipləri barəsində danışdı.Monitorinqin nəticələri ilə bağlı Təşkilatın Ekoloqu Arif İbadanov ətraflı çıxışı oldu.Seminar mövzu ətrafında müzakirələrlə davam etdi. QHT rəhbərləri və KİV nümayəndələri dövlət rəsmlərinə suallar verdilər. EMMİB-in sədri Q.Yusubova layihənin həyata keçirilməsində dövlət orqanları ilə sıx əməkdaşlığından razılığını bildirib. Bunun QHT-Dövlət əməkdaşlığının bariz nümünəsi olduğunu məmnunluqla qeyd etdi.Sonda Q.Yusubova layihənin həyata keçirilməsində fəal iştirakına və göstərdikləri təşkilatı dəstəyə görə Dövlət rəsmilərinə və monitorinq zamanı aşkarlanan nümunəvi iaşə obyekti sahibinə fəxri fərmanlar təqdim edilib.