Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Transplantoloqun köməyi ilə keçmiş pasiyent universitet tələbəsi oldu Adalet.az | Transplantoloqun köməyi ilə keçmiş pasiyent universitet tələbəsi oldu Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SAĞLAMLIQ

Transplantoloqun köməyi ilə keçmiş pasiyent universitet tələbəsi oldu

2549    |   2019-09-26 14:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu günlər Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı uzman cərrah-transplantoloqu, tibb üzrə fəlsəfə doktoru, Azərbaycanda ilk dəfə qaraciyər transplantasiya əməliyyatını icra edən Mircəlal Kazıminin yanına çox əziz bir adam – vaxtı ilə pasiyenti olmuş bir gənc - 2017-ci il yanvar ayının 18-də böyrək köçürülmüş Müseyib Əlizadə qonaq gəlib. O, bu il qəbul imtahanlarını müvəffəqiyyətlə verərək, arzusunda olduğu Bakı Dövlət Universitetinin biologiya fakültəsinə qəbul olunub və bu sevinci 3 il əvvəl ona sağlamlıq bəxş etmiş sevimli həkimi ilə bölüşmək üçün gəlib...

Dr. Mircəlal Kazımi qeyd edib: "Müseyib xəstəxanaya daxil olanda 14 yaşı var idi. O, 6 ay idi ki, hemodializ alırdı. Böyrək çatışmazlığından əziyyət çəkən Müseyibin vəziyyəti ürəkaçan deyildi: həmyaşıdları ilə ünsiyyətdə ola bilmir, dərslərinə davam etmirdi. Yeganə çıxış yolu, yəni onun həyatda qalma şansı böyrək transplantasiyası əməliyyatı idi. Atası öz böyrəyini ona verdi və biz orqan transplantasiyası əməliyyatını uğurla həyata keçirdik. Hazırda Müseyib tələbə adını qazanıb və bu xəbər bizim komandamızı çox sevindirir. Bu münasibətlə biz onu təbrik edir, dərslərində müvəffəqiyyətlər və ən əsası - möhkəm can sağlığı arzu edirik.

3 il əvvəl böyrək çatışmazlığından əziyyət çəkən və əməliyyat olunan Müseyib Əlizadənin tələbə adı qazanması bir daha onu təsdiqləyir ki, böyrək transplantasiyası əməliyyatı insan həyatını xilas edən əməliyyatdır, onun yaşaması üçün bir şansdır. Bu əməliyyatdan sonra pasiyentlər normal həyata qayıdır və cəmiyyət üçün faydalı bir fərdə çevrilirlər”.




İmza:

Transplantoloqun köməyi ilə keçmiş pasiyent universitet tələbəsi oldu

Elməddin Əliyev: Həkimlik peşəsinin ən çətin məqamı ürək cərrahiyyəsi olan hissəsidir

Xərçəngin müalicəsində inqilabi - YENİLİK

Mama-genekoloqların ABORT sevdası

Genekoloq Təranə Fətəliyevanın iyrənc əməlləri

Dövlət Agentliyi ölkədə pulsuz tibbi xidmətin ləğvi ilə bağlı məlumatlara münasibət bildirdi

Azərbaycanda əhali arasında ən çox rast gəlinən xəstəliklər BUNLARDIR

Antibiotiklərlərin satışına nəzarət artırılsın - TƏKLİF

Aşura günü qan verən 49 nəfərdə sifilis aşkarlanıb

Nazirlikdən Balakəndə yayılan naməlum xəstəliklə bağlı - AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalının həkimlərinin elmi məqaləsi ABŞ-da dərc olunub

Kardioloq təhlükəli yuxu formalarından danışdı

SON XƏBƏRLƏR
2019-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (85.71%)
Pullsuz (14.29%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK