adalet.az header logo
  • Bakı 19°C
26 Sentyabr 2019 12:51
14283
MƏMLƏKƏT
A- A+

Çöp və çöpçülər barədə - Vaqif Qarayev yazır

Əslində çeynənmiş mövzudu...xalq iki cəbhəyə bölünüb:inananlar və inanmayanlar) İnananların arasında kifayət qədər intellektual insanlar var...Məsələn,dünən bir fb istifadəçisi yazmışdı ki, çöpçülər min illərdi xalqımızı ayaqda saxlayır(?!)...elə belə də yazmışdı! İnanclı insanlara sual verəcəm(xüsusən gənc valideynlərə)-maşallah hər gün xarici ölkələrdən şəkil paylaşırsız...əgər o ölkələrin birində sizə çöpçü lazım olsa neynəcəksiz? Oralarda bizim çöpçü xalalar yoxdu axı!.Həmyaşıdınız valideynlərlə çöpçünün xilaskarlığı haqqında danışsanız ən yaxşı halda sizi başa düşməyəcəklər!

Bir vazkeçilməz arqumentim var: Niyə çöp ancaq BİZİM UŞAQLARDA olur? Niyə başqa millətlərdə bu bəla yoxdur? Bütün normal doğulmuş uşaqların anatomik quruluşu eynidirsə, niyə çöp başqa millətlərin uşaqlarının burun-boğazında yapışıb qalmır?Cavab verim?- Çöpçülərin çıxardığı qəzet, kağız parçalarını, qarpız qabığını,alma qabığını, meyvə çəyirdəyini, müxtəlif qida qalıqlarını bizim uşaqlar hardan tapır?Niyə başqa millətlərin uşaqları bu sadaladıqlarımı tapmır? Təsadüfən ola bilər, anlayıram...Amma hər həftə, hər ay təsadüf olmaz!!! Çöp deyilən adətən 3 yaşına qədər uşaqlarda olur...Deməli bu uşaqlar həmin qida qalıqları ilə düzgün davranmağı bacarmırlar! Valideyn almanı və s. ya özü yedizdirir....düzgün yedizdirir, ya da uşaqda vərdiş yarananadan sonra yeməyinə nəzarət edir....etməlidi!!! Kağız, qəzet parçaları, qarpız qabığı haqqında heç nə deyə bilmirəm...özünüz nəticə çıxardın!

Yad cisim anlayışı var var təbabətdə...bunun müayinə və müalicə yolları da var! Olunur da! Sizlər sadəcə olaraq həkimə istiqamət verməlisiniz ki, mənim uşağım qarpız qabığı udub...muncuq, kiçik batareyalar və s. burnuna soxub...görmürsüz bunu, nəzarət etmirsiz uşağa....sonra da həkimi qınayırsız!
Çöpçünün lehinə bir epizod danışana, əleyhinə 15(!!!) epizod danışacam!!! Sonda yenə həkimə müraciət edirsiz....bəzən uşaq ölümcül vəziyyətə düşəndən sonra! Kifayət qədər misallar gətirə bilərəm...
Uşaqları düzgün qidalandırın....düzgün qidalanmaya vaxtında öyrədin!

Hamıya uğurlar!!!!