adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
26 Sentyabr 2019 10:04
12838
GÜNDƏM
A- A+

Şəhid pilotumuzun 40 mərasimi keçiriləcək

Sentyabrın 28-də MiQ-29 hərbi təyyarəsi ilə Xəzər dənizi üzərində təlim uçuşu həyata keçirərkən qəzaya düşərək şəhid olan Hərbi Hava Qüvvələrinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin 40 mərasimi keçiriləcək.

Adalet.az xəbər verir ki, bu barədə Axar.az-a Rəşad Atakişiyevin qayınatası, tanınmış politoloq Qabil Hüseynli məlumat verib. O, mərasimin saat 11-dən başlayaraq Heydər məscidində keçiriləcəyini deyib.

Qeyd edək ki, iyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi qəzaya uğramış, pilot Rəşad Saləddin oğlu Atakişiyev itkin düşmüşdü. Pilotumuzun nəşi uzun axtarışlardan sonra tapılaraq, avqustun 21-də 2-ci Fəxri Xiyabanda torpağa tapşırıldı.