adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
26 Sentyabr 2019 10:02
10261
GÜNDƏM
A- A+

Bakıda Britaniya vətəndaşını meymun dişlədi

Bakıda xarici turisti meymun dişləyib.

Adalet.az-ın məlumatına görə, hadisə ötən gün Səbail rayonunda baş verib. Böyük Britaniya vətəndaşı olan 1960-cı il təvəllüdlü Donovan Debra Jayneni meymun dişləyib. Sol qolundan xəsarət alan şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Mərkəzdən verilən məlumata görə, turistə ilkin tibbi yardım göstərilib və quduzluğa qarşı iynə vurulub. Həkimlərin yardımından sonra D.Donovan öz istəyi ilə ambulator müalicəyə yola salınıb.