adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 Sentyabr 2019 09:52
27906
DÜNYA
A- A+

BMT-nin Baş katibi İranın nüvə razılaşmasının qorunmasını dəstəkləyib

BMT-nin Baş katibi Antonio Quterreş İran lideri Həsən Ruhani ilə görüşdə İranın nüvə razılaşmasının qorunmasına dəstəyini ifadə edib.

Adalet.az-ın məlumatına görə, bu barədə BMT-nin mətbuat xidmətində bildiriblər.

Bildirilib ki, BMT-nin Baş katibi İran Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına dəstəyini bir daha təsdiqləyib:

"A.Quterreş və H.Ruhani qarşılıqlı maraq doğuran regional mövzuları da müzakirə ediblər".