adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
25 Sentyabr 2019 15:37
28556
SİYASƏT
A- A+

“PİN indi özünü humanitar təşkilat kimi sırıyır” - Sahib Məmmədov

"Bu bədnam təşkilat beynəlxalq humanitar hüququn bütün prinsiplərini kobud surətdə pozub"

Bunu PİN təşkilatı haqqında danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyib.

"Mən Ermənistanın təşəbbüsü ilə onun vaxtilə Çexiyada yaratdığı PİN təşkilatının təşkil etdiyi tədbirə gedənlər, çxış edənlər barədə heç nə deməmişəm. Demək də fikirim yoxdur. Sadəcə təşkilatçılardan biri sırf ermənilərlə bağlı təşkilatdır. Mən indi onların qısa tarixçəsini yazacam hər kəs özü qiymət verər:

Əvvəlcə digər təşkilatçı Polşa Helsinki Fondu haqqında. Bu Fonda bizi bağlayan mərhum Marek Novitski olub. O Azərbaycanı çox sevirdi. Lakin o vəfat edəndən sonra Fonda hazırda Danuta Przywara rəhbərlik edir. O Azərbaycan nifrətini gizlətmir. Onun barədə bir cümlə yazacam kifayət edəcək. Deməli xanım uzun müddət SSRİ EA Nüvə Tədqiqatları İnstitutunda işləyib, özü də Şimali Qafqazda Trnauz rayonu Neytirino qəsəbəsindəki ən məxfi sahədə. İndi bu xanım Azərbaycan Avropa İttifaqı ilə münasibət quranda, enerji layihələrini müzakirə edəndə aləmi qatır bir-birinə. Yəni xətt aşkar görünür. Bu belə.

Çexiyanın PİN təşkilatı (mənası möhtac insanlar) bu təşkilatın yaradıcısı və lap bu yaxınlara qədər rəhbəri olan və hazırda de-fakto rəhbərlik edən Azərbaycan xalqını, milli qəhrəmanlarımızı təhqir edən Yaromir Ştatenidir. Bu təşkilat necə yaranıb?

Amma əvvəlcə bu Yaromir haqqında. 1968-ci ildə Sovet Qoşunları Praqa qiyamını yatırdıqdan sonra minlərlə çex gəncini cəlb edib məlum qurumla əlaqəyə. Bu Yaramir də orda olub. 1988-ci ildə Spitakda zəlzələ olanda bir qrupla Spitaka yardım gətirib. Elə ordaca bu bədnam təşkilatı yaradıb. O vaxt əlbəttə zəlzələ qurbanlarına köməyinə sözüm yoxdur. Bu normaldır. Sonrasına baxaq.

1. Bu bədnam təşkilat beynəlxalq humanitar hüququn bütün prinsiplərini kobud surətdə pozub. Beynəlxalq humanitar hüququn prinsipinə görə humanitar yardın hər iki tərəfə olmalıdır. Məsələn Qızıl Xaç ancaq belə edir. PİN birinci Qarabağ müharibəsində Xankəndində qospital açıb və yalnız erməni yaralıları müalicə edib.
2. 1992-ci ildə əsirlikdən qayıdanlar mənə danışmışdı ki, bir dəfə bir yaralı Azərbaycan əsiri ermənilər gətirib bu Qospitala, amma PİN onu qəbul etməyib. Həyətdə qanı-axa-axa ölüb.
3. Bu təşkilat "Erməni genosidi" və "Artsaxın müstəqilliyinin tanınması" ilə bağlı qətnamə layihələri hazırlayıb və Aİ parlamentinə təqdim edib.
4. Bu PİN- rəhbərləri, üzvləri dəfələrlə işğal olunmuş ərazilərə səfərlər edib və etməkdə davam edir və XİN-in qara siyahısındadır adı.
5.Bu bədnam təşkilatın adı bizim körpə girovların orqanlarının ticarətində hallanır. Bədnam Alla Sarobyanla birgə bu cinayəti törədiblər və bu barədə hətta Rusiya mətbuatında o vaxtlar yazı da gedib.
6. Bu təşkilat heç vaxt Azərbaycandan başqa heç bir ölkədə insan hüquqlarının vəziyyətini müzakirə etmir.
7. Aşağıda bu təşkilatın liderinin erməni qəzetlərindəki yazısını və videosunu qoyacam. Görün nə qədər nifrət edir Azərbaycana.
8. bu PİN ermənilər üçün Azərbaycanda şəbəkə yaradıb və təlim adı ilə cəlb etdiyi QHT nümayəndələrini, jurnalistləri və vəkilləri təsir agentinə çevirib və şəbəkəyə qoşub.
9. Bu təşkilat son 3-4 ildə səhifəsində Ermənistanla bağlı bütün əvvəlki fəaliyyətini silib. İndi özünü humanitar təşkilat kimi sırıyır".

Sonda Sahib Məmmədov bunları vurğulayıb: "Məncə, bütün bunlar nəticə çıxarmaq üçün bəs edər. Kim bundan sonra da bu təşkilatı erməni təşkilatı saymırsa özü bilər, amma mənə əksini sübut etməyə cəhd etməsin.

p.s. Təşkilat Çexiyada qeydiyyatdan keçibsə bu o demək deyil ki, erməni təşkilatı deyil. Məsələn Amerikada və Avropada yüzlərlə erməni təşkilatı var, hamısı həmin ölkələrdə qeydiyyatdan keçib və orda fəaliyyət göstərir".