adalet.az header logo
  • Bakı 20°C
25 Sentyabr 2019 13:52
9421
MƏMLƏKƏT
A- A+

Badamdar sürüşmə zonasından xəbər var

Oktyabr ayında Badamdar qəsəbəsində sürüşmə zonası kimi tanınan ərazidə su və kanalizasiya sistemərinin yenidən qurulmasına başlanılacaq.

Bu barədə "Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

O bildirib ki, Badamdar qəsəbəsi, üçüncü massiv ərazisində həm su, həm də şəbəkələrinin tikintisi ilə bağlı layihələndirmə işlər yekunlaşıb:

"Ərazidə layihələndirmə işləri, demək olar ki, başa çatıb. Oktyabr ayında Badamdar qəsəbəsinin sürüşmə zonası ərazisində su və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılacaq. Layihəyə əsasən, ərazidə 23 km-ə yaxın kanalizasiya, 12 km-ə qədər isə su xətlərinin çəkilişi nəzərdə tutulub.

Kanalizasiya xətlərinin tikintisində 200-800 mm diametrli, su xətlərində isə diametri 225-63 mm-lik borulardan istifadə olunacaq. İşlərin yekununda ərazidə yerləşən evlərin hər birinə birləşmə veriləcək və sayğaclar quraşdırılacaq. Düşünürük ki, oktyabr ayında başlanacaq layihə 2020-ci ildə tam yekunlaşacaq”.(oxu.az)